
PSJ-dən “Əl-İttifaq”a
- 03 Sen 2023 13:30
- 326
“Əl-İttifaq” PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldumu transfer etdiyini açıqlayıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı niderlandlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Veynaldum ötən mövsüm “Roma”da icarə əsasında çıxış edib. O, romalıların heyətində 23 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.