Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe sıradan çıxıb.

Rekord.az xəbər verir ki, fransalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Brügge”yə qarşı keçirilən səfər matçında zədələnib.

Mbappe 51-ci dəqiqədə Mauro İkardi ilə əvəzlənib. Onun son durumu tibbi müayinədən sonra bilinəcək.

“Brügge” – PSJ oyunu 1:1 hesabıyla bitib.