
Premyer Liqaya ikinci vəsiqənin sahibi müəyyənləşdi
- 27 Apr 2023 14:30
- 266
İngiltərə Premyer Liqasına vəsiqə qazanan ikinci komanda müəyyənləşib.
Rekord.az xəbər verir ki, “Şeffild Yunayted” Çempionşipdə mövsümün başa çatmasına 2 tur qalmış elitaya vəsiqəni təmin edib.
Sözügedən komanda buna 38-ci turda “Vest Bromviç”i evdə 2:0 hesabıyla məğlub etməklə nail olub.
Bu qələbədən sonra xallarının sayını 85-ə çatdıran Şeffild təmsilçisi, ikinci pilləni təmin edib.
Daha öncə liderliyi və çempionluğu təmin etmiş “Bernli” də (95 xal) Premyer Liqaya yüksəlmişdi.