Yeni mövsümə bu gün kubokun 1/4 final mərhələsinin ilk oyunlar ilə start verilir.

Rekord.az xəbər verir ki, bəzi aparıcı hakim və laysmanların kubok matçlarına təyinat almaması təəccüb doğurmaya bilməz.

Əldə etdiyimiz məlumata görə, əksər hakimlər bu yaxınlarda keçirilən sınaq imtahanlarından uğurla çıxa bilməyiblər və nəzəri imtahanlardan kəsiliblər. Bu səbəbdəb də Ştuxlik həmin hakimlərə təyinat verməyib. Düzdür, bu, bizə sızan məlumatdır. AFFA adətəb bu tip imtahanların nəticələrini ictimaiyyətə açıqlamır. Lakin önümüzdəki turlarda hər şey ortaya çıxacaq.