Premyer Liqanın son 2 turunun oyunları eyni gündə, eyni saatda başlayacaq. Çempionatdakı rəqabəti və komandalar arasındakı gərgin mübarizəni nəzərə alan Peşəkar Futbol Liqası bu qərarı qəbul edib.

 

Rekord.az xəbər verir ki, 27-ci turun bu günə təsadüf edən 4 görüşünün hamısı eyni saatda – 17:00-da start götürəcək.

 

Azarkeşlər bütün oyunlara canlı yayımda baxa biləcək. Belə ki, “Sabah” – “Sumqayıt” və “Zirə” – “Neftçi” oyunları "CBC Sport" vasitəsi ilə paralel olaraq, yayımlanacaq. "Səbail" - "Qarabağ" matçına isə cbcsport.az saytından baxmaq mümkün olacaq. “Şamaxı” – “Qəbələ” matçını isə PFL-in rəsmi "yutub" sahifəsindən izləyə biləcəksiniz.