Premyer Liqada mövsümün son cəzaları açıqlandı
- 14:20
- 31
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın sonuncu – 33-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” komandası 2500 manat cərimə edilib.
“Sumqayıt” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” 8000 manat cərimə edilib.
“Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” 700 manat cərimə edilib.
“Kəpəz” – “Neftçi” oyununun 65-ci dəqiqəsində “Neftçi”nin futbolçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəza alıb, “Neftçi” 1000 manat cərimə edilib. Sınaq müddəti 6 ay təyin edilib.