
Premyer Liqada koronavirusa 94 yeni yoluxma
- 04 Yan 2022 20:01
- 529
Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib.
Rekord.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Xəbərdə, 27 dekabr-2 yanvarda 14250 nəfərdən götürülmüş koronavirus testlərindən 94-ünün nəticəsinin müsbət olduğu bildirilib.
Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb və onlar 10 günlük karantinə alınıblar.