AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 1-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Araz-Naxçıvan”ın 29 nömrəli futbolçusu Vanderson Melonun futbol formasında qeyri-əlifba hərfindən istifadə edildiyinə görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.

“Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Sumqayıt” klubu 1500 manat cərimə edilib.

“Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilib.

“Kəpəz” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilib.

“Sabah” – “Qəbələ” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Sabah” klubu 1000 manat cərimə edilib.