
Premyer Liqada daha bir oyun koronavirusa görə təxirə salındı
- 24 Dek 2021 19:44
- 554
İngiltərə Premyer Liqasının 19-cu turunun “Bernli” – “Everton” matçı təxirə salınıb.
Rekord.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma “Everton”un heyətində koronavirusa yoluxma hallarının artması səbəbindən əvvəlcədən nəzərdə tutulduğu kimi, dekabrın 26-da baş tutmayacaq. Matçın nə vaxt keçiriləcəyi məlum deyil.
19-cu turun “Liverpul” – “Lids” və “Vulverhempton” – “Uotford” matçı da komandaların heyətlərində koronavirusa yoluxma halları olduğu üçün təxirə salınıb.