
Premyer Liqada 50-ci qələbə
- 03 May 2023 12:30
- 306
Ayxan Abbasov baş məşqçi kimi Azərbaycan çempionatlarında 50-ci qələbəsini qazanıb.
Rekord.az xəbər verir ki, “Turan Tovuz”un çalışdırıcısının yubileyi Misli Premyer Liqasının 32-ci turuna təsadüf edib.
42 yaşlı mütəxəssisin yubileyi “Zirə” ilə səfər matçında gerçəkləşib – 3:1.
Baş məşqçi karyerasına 2017-ci ildə Zirənin eyniadlı təmsilçisində başlayan Abbasov bu komandada 18, “Sumqayıt”da 24, “Turan Tovuz”da 8 dəfə üç xal sevinci yaşayıb. Onun 50-ci qələbəsi 155-ci matçına təsadüf edib. O, baş məşqçi kimi Azərbaycan çempionatları tarixində 50 və daha çox qələbə qazanan 22-ci mütəxəssis olub.