
Premyer Liqa üçün 2.7 milyardlıq müqavilə
- 19 Noy 2021 20:40
- 463
Dünyanın ən baxımlı çempionatlarından biri olan İngiltərə Premyer Liqası ilə ABŞ-ın NBC telekanalı arasında rekord məbləğə yeni müqavilə imzalanıb.
Rekord.az xəbər verir ki, NBC telekanalı 2013-cü ildən Amerikada Premyer Liqanın yayım hüququna sahibdir.
Telekanal İngiltərə çempionatı ilə müqaviləsini 2028-ci ilə qədər uzadıb. 6 illik yeni müqavilə NBC-yə 2 milyard 700 milyon ABŞ dollarına başa gəlib.
NBC bundan sonra da il ərzində çempionatın 380 matçını yayımlamaq şansına malik olacaq. Bundan əlavə, telekanal oyunları ispan dilində də yayımlaya biləcək.