
Premyer Liqa matçı koronavirusa görə təxirə salındı
- 29 Dek 2021 15:41
- 450
İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində sabah keçirilməli olan “Everton” – “Nyukasl” matçı təxirə salınıb.
Rekord.az xəbər verir ki, qarşılaşma “Nyukasl”ın heyətində koronavirusa yoluxma hallarının artması səbəbindən əvvəlcədən nəzərdə tutulduğu tarixdə baş tutmayacaq.
İngiltərə mətbuatının xəbərinə görə, “Nyukasl”ın 13 üzvündə koronavirus aşkarlanıb.
Daha öncə 20-ci turun “Lids” – “Aston Villa” və “Arsenal” – “Vulverhempton” matçları da komandaların heyətlərində koronavirusa yoluxma halları olması səbəbindən təxirə salınmışdı.