
Premyer Liqa klubundan 20 milyon avroluq transfer
- 18 Yan 2023 10:44
- 394
İngiltərənin “Nottingem Forest” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Braziliyanın “Palmeyras” klubunun yarımmüdafiəçisi Danilonu transfer edib.
21 yaşlı futbolçu ilə 2029-cu ilin 30 iyununa kimi müqavilə imzalanıb. İngilislər bu transfer üçün Braziliya klubuna 20 milyon avro təzminat ödəyiblər.
Danilo 2020-ci ilin oktyabrından formasını geyindiyi “Palmeyras”da 141 oyuna 12 qol vurub.