İngiltərənin “Norviç” komandasının yeni baş məşqçisi məlum olub.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin “sükan”ı Din Smitə tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Smitlə 2 illik müqavilə imzalanıb.

İngilis mütəxəssis son olaraq “Aston Villa”nı çalışdırıb.