
Premyer Liqa klubunda ciddi itki
- 06 Avq 2021 11:41
- 656
İngiltərənin “Lester Siti” klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, “tülkülər”in müdafiəçisi Uesli Fofana sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Vilyarreal”la yoxlama matçında (3:2) zədələnən Fofana meydanı xərəkdə tərk edib. Sümüyündə sınıq aşkarlanan 20 yaşlı futbolçunun azı 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.