İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin Belçikanın “Anderlext” klubunun və Niderlandın U-21 yığmasının qapıçısı Bart Verbruggeni transfer edib.

20 yaşlı qolkiperin transferi üçün belçikalılara 20 milyon avro ödənilib. Tərəflər 5 illik müqaviləyə imza atıblar.

Verbruggen 2020-ci ilin yayından formasını geyindiyi “Anderlext”də 31 oyuna çıxıb, 39 qol buraxıb.