
Premyer Liqa klubunda 1 aylıq müqavilə
- 07 Dek 2021 17:41
- 454
İngiltərənin “Sauthempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi argentinalı qapıçı Villi Kabalyero ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı futbolçu ilə müqavilənin müddəti yanvarın 5-nə qədərdir.
Kabalyero daha əvvəl İngiltərədə “Çelsi” və “Mançester Siti”də çıxış edib.