
Premyer Liqa klubu milli üzvü ilə gücləndi
- 10 Noy 2021 19:41
- 468
İngiltərənin “Uotford” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Sparta”dan (Niderland) Maduka Okoyeni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalanıb.
Okoye 2022-ci ilin yanvarında “Uotford”a qoşulacaq.
Premyer Liqa klubu Nigeriya millisinin də üzvü olan qapıçı üçün 7 milyon avro ödəyib.