Premyer Liqa klublarının cəzaları açıqlandı
- 03 Okt 2024 14:40
- 213
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqa, 8-ci tur
“Araz-Naxçıvan” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilib.
“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilib.
“Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” komandası 700 manat cərimə edilib.
“Şamaxı” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” komandası 700 manat cərimə edilib.
Əvəzedicilər liqası, 8-ci tur
“Şamaxı-2” – “Turan Tovuz-2” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Şamaxı-2” komandası 80 manat cərimə edilib.
İkinci Liqa, 5-ci tur
“Qusar” – “Şimal” oyununun matçöncəsi iclasında qonaq komandanın nümayəndəsi iştirak etmədiyinə görə “Şimal” komandası 80 manat cərimə edilib.
“Dinamo” – “Kür-Araz” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Kür-Araz” komandası 100 manat cərimə edilib.
“Dinamo” – “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” komandası 70 manat cərimə edilib.
“Göygöl” – “Sheki City” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” komandası 70 manat cərimə edilib.
“Göygöl” – “Sheki City” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Göygöl” komandası 80 manat cərimə edilib.