Məlum olduğu kimi, bu yaxınlarda UEFA-dan Premyer Liqa klublarına 1.6 milyon manatlıq vəsait gəldi.

Rekord.az xəbər verir ki, bu məbləğ "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu çıxışına görə digər klublarımıza ödəndi.

Əldə etdiyimiz məlumata görə, klub rəhbərlərindən biri bu məbləğdən I və II Liqa klublarına da kömək edilməsini təklif edib. Elə də böyük məbləğ olmayıb. Hər kluba 5-10 min arası pul düşüb. Amma 1-2 klubdan başqa digər Premyer Liqa klublarının rəhbərliyi "aşağılar"a yardımdan imtina edib.