Portuqaliyanın məşhur klubundan yeni transfer
- 21 İyn 2022 20:30
- 509
"Benfika" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Lissabon təmsilçisi "Şaxtyor"un (Donetsk) vingeri David Neresi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliya klubu braziliyalı oyunçu üçün Donetsk təmsilçisinə 15 milyon avro ödəyəcək. Davidlə 2027-ci ilin yayına qədər sözləşmə imzalanıb.
Qeyd edək ki, yanvar ayında "Ayaks"dan Ukrayna klubuna transfer olan 25 yaşlı futbolçu Rusiyanın bu ölkəyə hərbi təcavüzünə görə heç bir rəsmi oyuna çıxmayıb.