
Poqbanın uzun müddətə sıradan çıxdı, Veretu ilə əvəzləndi
- 10 Noy 2021 17:20
- 460
Fransa milli komandasının düşərgəsində zədələnən Pol Poqba uzun müddət yaşıl meydanlardan uzaq qala bilər.
Rekord.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçinin bərpa müddəti 8-10 həftə çəkə bilər.
Qeyd edək ki, Poqba artıq yığmanın düşərgəsindən ayrılıb. Məşqçilər korpusu onun əvəzində milliyə İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Jordan Veretunu dəvət ediblər.