“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın meneceri Mina Rayola oyunçunun “Yuventus”a qayıtması ehtimalına münasibət bildirib. 

Rekord.az "Sport Witness"ə istinadən xəbər verir ki, o, Poqbanın belə fikirdə olmadığını deyib: 

“Mən kiməsə xəyal qurmağı qadağan edə bilmərəm. Bunun üçün sərbəstsiniz. Baxaq görək ki, sonda işlər necə olacaq. Dekabr ayı Milad bayramını nəzərə alsaq, xəyallar ayı olsa da, indi bu barədə danışmaq tezdir.  Bilmirəm niyə, amma Poqbanı müzakirə etdikdə İngiltərədə hətta ölülər də dirilir. Əgər “Mançester Yunayted”in bəzi keçmiş oyunçuları Poqba və ya mənim haqqımda danışmırlarsa, deməli, onlar heç kimi müzakirə etmirlər. Buna görə də bu barədə nəsə deməmək daha yaxşıdır”.