"Mançester Yunayted"dən ayrılan Pol Poqba klubun onunla müqaviləni yeniləməməkdə səhvə yol verdiyini düşünür.

Rekord.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi Britaniya mətbuatına açıqlamasında danışıb. O, deyib:

“Mənim fikrim, “Mançester Yunayted”ə mənə müqavilə təklif etməməklə səhvə yol verdiklərini göstərməkdir. Mən digər klublara da bunu göstərmək istəyirəm".

Poqba 2016-cı ildə "Yuventus"dan "Mançester Yunayted"ə keçib.