“Yagelloniya”nın kapitanı Taras Romançuk Antalyada "Sumqayıt"da qolsuz heç-heçə etdikləri matçı şərh edib.

Rekord.az xəbər verir ki, təcrübəli futbolçu Polşa klubunun oyuna nəzarət etdiyini dilə gətirib:
 

“Son məşqlərin yorğunluğu hiss olunurdu. Ola bilsin ki, hücumlardakı lənglik bununla bağlı idi. “Sumqayıt”la oyuna biz nəzarət edirdik. Amma qol vura bilmədik. Bizə müəyyən tapşırıqlar verilmişdi və onların öhdəsindən gəldik. Əsas vəzifəmiz topu meydanın rəqibə aid hissəsində saxlamaq idi. Biz son günlərdə çox çətinlik çəkirik. Gündə iki dəfə məşq bizi çox yorub. Növbəti oyunda daha yaxşı olmalıdır və qalib də gələ bilərik”.