
Poçettino Mbappenin qalmasını istəyir
- 04 Yan 2022 16:42
- 514
PSJ-nin baş məşqçisi Maurisio Poçettino Kilian Mbappenin komandada qalıb-qalmaması haqda danışıb.
Rekord.az xəbər verir ki, argentinalı çalışdırıcı fransalı futbolçu haqda bunları deyib:
"Klub Mbappenin uzun illər burada qalmasını istəyir. Biz özümüz də istəyirik ki, o, PSJ-də qalsın.
Bu, məlum məsələdi. Hamımız da ümid edirik ki, Kilian PSJ-də qalaraq bizə kömək edəcək".