
Pioli "Milan"da qalır
- 17 Noy 2021 13:17
- 477
"Milan"ın baş məşqçisi Stefano Pioli yaxın vaxtlarda klubu ilə müqaviləni yeniləyəcək.
Rekord.az "Calciomercato"ya istinadən xəbər verir ki, tərəflər müqavilənin son detallarını razılaşdırırlar.
Müqavilənin gələn həftə rəsmən elan edilməsi planlaşdırılır.
Mütəxəssislə 2+1 illik sözləşmə imzalanacaq. Piolinin maaşı illik 3,5 milyon avro və əlavə olaraq bonuslar olacaq.
Qeyd edək ki, "Milan" bu mövsüm A Seriyasında 12 oyunda 10 qələbə qazanıb və 2 heç-heçə edib.