
Pike "Barselona"nın prezidenti olsaydı, hansı addımı atardı?
- 01 Fev 2022 15:15
- 450
“Barselona”nın müdafiəçisi Pike komanda ətrafında baş verən olaylar haqda danışıb.
Rekord.az xəbər verir ki, Pike klub prezidentinin sərt addımlar atmalı olduğunu deyib.
O, “Barsa”nın prezidenti olsaydın, hansı addımları atardın” sualına belə cavab verib:
“Mən klubu daha müasir edərdim, çox şeyi dəyişərdim. Sərt və qəti addımlar atardım. Hazırkı “Barselona” mühitini cəhənnəmə göndərərdim. Bu mühit çox zəhərlidir”.
Pike "Barselona"da 2008-ci ildən çıxış edir. 34 yaşlı müdafiəçi cari mövsümdə İspaniya çempionatında 18 matçda iştirak edib və 1 qol vurub.