
PFL rəsmisi Konfrans Liqasının oyununa təyinat aldı
- 07 İyl 2023 19:15
- 303
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada “Zimbru” və San-Marinonun “La Fiorita” komandaları arasında keçiriləcək Konfrans Liqasının I təsnifat mərhələsinin cavab görüşündə UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma iyulun 20-də gerçəkləşəcək.