
Peşəkar Futbol Liqası və “Misli”dən yeni layihə
- 05 Sen 2023 17:42
- 583
Peşəkar Futbol Liqası və “Misli” “ayın qolu” layihəsinə start verir.
Rekord.az xəbər verir ki, avqust ayından etibarən Misli Premyer Liqasında başlayacaq layihə çərçivəsində PFL tərəfindən ayın “TOP-5” qolu müəyyənləşdiriləcək.
Ardınca həmin qollar PFL-in rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək. Qalibə “Misli” və PFL tərəfindən mükafatlar təqdim olunacaq.