"İnter"in futbolçusu İvan Perişiç klubla müqaviləni yeniləyib-yeniləməyəcəyi barədə suallara cavab verib. 

Rekord.az "Sky Sports"a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi deyib: 

“Müqavilənin uzadılıb-uzadılmayacağı barədə heç nə bilmirəm. Amma vacib oyunçularla sözləşmə yeniləməyi son dəqiqəyə qədər gecikdirmək olmaz ...”

Qeyd edək ki, Perişiç "İnter"ə 2015-ci ildə "Volfsburq"dan keçib. O, bu müddət ərzində "İnter"də 250 matçda 52 qol vurub və 48 qolun ötürməsini verib. Onun sözləşməsi bu ilin yayına qədərdir.