“Barselona”nın sabiq prezidenti Joan Qaspar bəzi futbol funksionerlərinin münasibəti haqda danışıb.

Rekord.az xəbər verir ki, Qaspar “Barsa”nın hazırkı prezidenti Juan Laportanın “Real”ın prezidenti Florentino Peres və La Liqa rəhbəri Xavyer Tebasla isti münasibətlərinə toxunub.

O, Pereslə Tebasın “Barsa”ya nifrət etdiklərini bildirib: “Məndən kimə daha çox etibar etdiyim haqda soruşmayın. Çünki mən o şəxslərin heç birinə inanmıram.

Bizim prezident Tebasla yaxınlıq etmək istəyir. Hansı ki, o şəxs nəinki “Barsa”ya, hətta bu klubu təmsil edənlərə də nifrət edir.

Digər tərəfdən, idman rəqabətinə görə bizə nifrət edən Peres var. "Barselona" Florentino üçün böyük rəqibdir, amma Tebas üçün bu, şəxsi intriqadır.

Mən arzulayıram ki, Madriddə başqa prezident olsun. Amma Peresin yaxın vaxtlarda postundan gedəcəyinə də inanmıram.

Laportaya isə ondan məsafə saxlamağı məsləhət görürəm. Peresə inanmıram. O, ancaq “Real” üçün yaxşı, əsas rəqibi “Barselona” üçün isə pis hesab etdiyi işləri görür”.