Florentino Peres inadından dönmür.

Rekord.az xəbər verir ki, “Real”ın prezidenti UEFA-nı yenə inhisarçı təşkilat adlandırıb.

İspaniyalı funksioner həmmmüəllifi olduğu Avropa Superliqası ideyasının yaşadığını vurğulayıb: “Əlbəttə ki, Avropa Superliqası hələ də sağdı. İndi məsələ Lüksemburq məhkəməsində həll olunur. Tezliklə məhkəmə olacaq, bizim qaldırdığımız məsələlərlə bağlı qərar veriləcək. Hesab edirik ki, Avropa İttifaqı çərçivəsində öz aramızda yarışlar təşkil etmək hüququmuz var. Biz yaxşı anlayırıq ki, UEFA inhisarçı təşkilatdı. Lakin Avropa İttifaqında 27 üzv ölkə arasında rəqabət əsasdı. Çempionlar Liqasından kənarda qalmaqdan heç vaxt qorxmamışıq. Amma onlar bu barədə əvvəldən danışırdılar”.