
Pedri daha bir mükafata layiq görüldü
- 02 Dek 2021 16:44
- 478
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı gənc (U-20) futbolçusunu açıqlayıb.
Rekord.az xəbər verir ki, bu ada “Barselona”nın yarımmüdafiəçisi Pedri layiq görülüb.
19 yaşlı ispan yarımmüdafiəçi 105 xalla bütün rəqiblərini qabaqlayıb.
1. Pedri (İspaniya – “Barselona”) – 105 xal
2. Camal Musiala (Almaniya – “Bayern”) – 45
3. Erik Qarsiya (İspaniya – “Barselona”) – 20
4. Meyson Qrinvud (İngiltərə – “Mançester Yunayted”) – 15
5. Eduard Kamavinqa (Fransa – “Real”) – 15.
Pedri bundan əvvəl 2021-ci təqvim ili üzrə ilin ən yaxşı gənc oyunçusuna verilən “qızıl oğlan” (Golden boy) mükafatının və “France Football” nəşrinin versiyasına əsasən ilin ən yaxşı gənc futbolçusu nominasiyasının qalibi olub.