
Özünü Hakimi və Arnolddan güclü müdafiəçi saylr
- 19 Okt 2021 14:47
- 614
“Bavariya”nın və Fransa yığmasının müdafiəçisi Benjamen Pavar özünün oyun üslubu barədə danışıb.
Rekord.az xəbər verir ki, Pavarın oyun üslubunu, əsasən “İnter”li Əşrəf Hakimi və “Çelsi”nin futbolçusu Trent Aleksander-Arnoldla müqayisə edirlər.
O, buna da münasibət bildirib: “Bəli, ola bilsin ki, kağız üzərində “Pavar üslubu” Hakimi və Trentin üslubuna nisbətən daha az seksualdır.
Amma mənə elə gəlir ki, müdafiə planında mən onların hər ikisindən yaxşıyam.
Əgər kifayət qədər yaxşı keyfiyyətə sahib olmasaydım, onda Fransa yığmasının əsas üzvü də olmazdım”.