Futbol üzrə Niderland 2-ci liqasında 15-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Qraafşap”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Ozan da bu matçın iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.

“Telstar” 15 oyuna topladığı 17 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.