Futbol üzrə Niderland birinci divizionunda 17-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kambur”la qarşılaşıb. 4 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.

Ozan da bu görüşün iştirakçısı olub və 90 dəqiqə oynayıb.

“Eyndhoven” hazırda 23 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.