Futbol üzrə Niderland birinci divizionunda 31-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Utrext”in ikinci komandası ilə qarşılaşıb və 3:0 hesabıyla qalib gəlib.

Ozan da bu görüşün iştirakçısı olub. Komandasının ilk qolunu da 11-ci dəqiqədə milli üzvü vurub. O, 79-cu dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 37 xalla 14-cü pillədə qərarlaşıb.