
“Öz sözümüzü deyə bilərik” - Canni De Byazi
- 16 Dek 2021 22:46
- 685
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Millətlər Liqasının 2022/23 mövsümünün püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi püşkü dəyərləndirib:
“Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq. Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik”.