
Oyunu damdan izlədi, polis yerini bildi, tutub apardılar
- 02 Dek 2021 12:14
- 472
“Mançester Yunayted”in fanatlarından biri “Çelsi” ilə qarşılaşmanı qeyri-adi vəziyyətdə izləməli olub.
Rekord.az xəbər verir ki, fanat “Stemford Bric” stadionunun damına çıxıb.
O, qarşılaşmanı da elə damdan izləmək istəyib. Amma azarkeş oyunun sonuna qədər damda qala bilməyib.
Təhlükəsizlik əməkdaşları onu görüblər və damdan düşürdüblər. Onu polis bölməsinə apararaq dindiriblər.