
“Otaqdan çıxacağımız halda polis çağırılacağı bildirilib”
- 06 Okt 2021 11:51
- 607
“Dünəndən komandamızı karantinə salıblar. Heç yerə çıxmağa icazə verilmir. Qapıdan çölə çıxacağımız halda polis çağırılacağı bildirilib”.
"Rekord.az" xəbər verir ki, bu sözləri Newsport.az-a açıqlamasında U-17 Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev deyib.
Çalışdırıcı bunun futbolçulara pisxoloji olaraq pis təsir etdiyini bildirib: “Səhər yeməyimizi də otağımıza gətirdilər. Oyunçular psixoloji təzyiq altındadır. Otaqdan çıxa bilmirik. Bu gün Bakı vaxtilə saat 13:00-da oyunumuz olmalıydı, amma təxirə salındı. Saat 14:00-da test götürəcəklər”.