Ordubad Şəhər Stadionunda rayonun və Naxçıvan şəhərinin yeniyetmə idmançıların iştirakı ilə "Heydər Əliyev İli"nə həsr olunmuş 100, 200 və 400 metr məsafələr üzrə qaçış yarışı keçirilib.

Rekord.az xəbər verir ki, qızlar arasında 100 metr üzrə Əfsanə Babayeva (Naxçıvan), 200 metr üzrə Zeynəb Rüstəmova (Ordubad) və 400 metr üzrə Nilufər Quliyeva (Naxçıvan) qalib olublar.

Oğlanların mübarizəsində isə 100 metrdə Nihad Əsgərov (Ordubad), 200 metrdə Onur Bayramov (Ordubad), 400 metrdə Emin Abbasov (Ordubad) birinci olublar.