“Öncə “Neftçi”yə qalib gəlməliyik. Ondan sonra Super Liqa haqqında düşünməyə başlayacağıq”.

Rekord.az xəbər verir ki, bunu Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi Şenol Günəş deyib.

71 yaşlı mütəxəssis bu həftəsonu startı veriləcək Türkiyə Super Liqasının yeni mövsümünə hazır olduqlarını bildirib. Amma baş məşqçi əvvəlcə “Neftçi”yə qarşı keçiriləcək Konfrans Liqasının 3-cü təsnifat mərhələsi görüşünə köklənəcəklərini söyləyib: 

“Mövsümboyu bütün oyunlarda komanda olaraq gücümüzü ortaya qoymalıyıq. Artıq tempi artırmaq zamanıdır. Heç kimin əsas heyətlə bağlı zəmanəti yoxdur, hər kəs rəqabətə hazır olsun. Əvvəlcə avrokuboklarda işimizi həll edək, sonra çempionat barədə düşünərik”.

Xatırladaq ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da baş tutacaq. İstanbul təmsilçisi Super Liqanın 1-ci turunun matçını avqustun 14-də “Fatih Karagümrük”ə qarşı keçirəcək.