
Okan Buruk "Qalatasaray"ın hədəflərini açıqladı VİDEO
- 25 İyn 2022 15:20
- 523
“Qalatasaray”ın yeni baş məşqçisi Okan Buruk İstanbul klubunun çalışdırıcısı kimi mətbuat qarşısında ilk çıxışını edib.
Rekord.az xəbər verir ki, 48 yaşlı O.Buruk İstanbul klubundakı hədəflərindən danışıb:
“Bizim hədəflərimiz “Qalatasaray” olaraq dəyişməyib. Bu mövsüm hədəfimiz ölkə çempionluğunu qazanmaqdır. Mən, rəhbərlik, oyunçularımız bütün gücümüzü ortaya qoyacağıq”.
O.Buruk əlavə edib ki, ötən il “Qalatasaray” tərəfdarlarına yaşatdıqları təəssüf hissini ən qısa zamanda ortadan qaldırmağa çalışacaqlar.
Qeyd edək ki, ötən gün O.Buruk “Qalatasaray”la 1+1 illik müqaviləyə qol çəkib.