
Okan Buruk AFFA-ya "hə" deməyib ÖZƏL!
- 06 Noy 2021 11:00
- 633
Son günlər Okan Burukun Azərbaycan millisinə baş məşqçi təyin olunacağına dair məlumatlar səngimək bilmir. Hətta Türkiyə mediası Burukun AFFA rəhbərliyi ilə 2+2 formatında razılığa gəldiyini də yazıb.
Lakin Türkiyə futbolundakı etibarlı mənbələrdən Rekord.az-a daxil olan son məlumata görə, Okan Buruk Azərbaycan millisinin baş məşqçisi olmaqla bağlı AFFA-ya heç bir razılıq verməyib.
Belə ki, hazırda onun xidmətində maraqlı olan Türkiyə Super Liqa klubları var və Buruk ilk növbədə həmin klublarla razılığa gəlməkdə maraqlıdır. Azərbaycan millisində işləməkdən imtina etmir. Lakin ilk növbədə Türkiyədə çalışmağın tərəfdarıdır. Əgər Türkiyədə işləmək variantı alınmasa, o zaman AFFA ilə müzakirələrə başlaya bilər.