Bu yaxınlarda Antalyada olan Azərbaycanın U-21 millisinin baş məşqçisi Milan Obradoviç sözügedən şəhərdə hazırlıq keçən Ukraynanın “Aleksandriya” klubunun düşərgəsində olub.

 

Rekord.az xəbər verir ki, Serbiyalı məşqçinin “Aleksandriya”nın düşərgəsinə baş çəkməsi bu klubda çıxış edən Emil Mustafayevlə bağlı olub.

Xeyr, Obradoviç onun hazırlığı ilə tanış olmaq üçün ora getməyib. Əldə etdiyimiz məlumata görə, əsl səbəb başqa olub. Belə ki, “Aleksandriya”nın baş məşqçisi Yuriy Qura ilə görüşən Obradoviç ondan xahiş edib ki, Emilə millidən dəvət gələrsə onu millinin düşərgəsinə daha erkən göndərsin.Serbiyalı qrupdakı vəziyyətlərinin yaxşı olmadığını və buna görə növbəti oyunlarda qələbənin onun üçün vacib olduğunu bildirib. Qura isə bildirib ki, futbolçunun vaxtından tez milliyə buraxılmasına dair 100 faiz söz verə bilmir və hər şey həmin tarixdəki vəziyyətdən asılı olacaq. Əgər uyğun olarsa, kömək etməyə çalışacaq. Qeyd edək ki, U-21 semə mərhələdə növbəti oyununu martın 25-də Sumqayıtda "Kapital Bank Arena"da Estoniyaya qarşı keçirəcək.