"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq qış transfer pəncərəsi zamanı komandasını dəyişə bilər.

Rekord.az xəbər verir ki, Londona qayıdan 32 yaşlı hücumçu tibbi müayinədən keçdiyini, səhhətində heç bir problem olmadığını bildirib.

Bundan əvvəl məlumat yayılmışdı ki, Obameyanqın ürəyində problem aşkarlanıb.

Ona görə də Afrika Kubokunda iştirak edən millinin düşərgəsindən ayrılmağa icazə verilmişdi.

Bir neçə Avropa klubu qabonluya maraq göstərir. "Milan", "Yuventus", PSJ, "Marsel" və "Sevilya" onun mümkün transferi ilə bağlı araşdırmalar aparıb.