
Obameyanq rəsmən “Barselona”da
- 02 Fev 2022 16:30
- 538
"Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi “Arsenal”dan ayrılan Pyer-Emerik Obameyanqı transfer edib.
Qabonlu hücumçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
33 yaşlı hücumçunun sərbəstqalma məbləği 100 milyon avro müəyyən edilib.