Hücumçu Pyer-Emerik Obameyanq  “Arsenal”ın kapitanlıqdan məhrum edilib. 

Rekord.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi ciddi intizam pozuntusuna görə qabonlu oyunçudan sarğını almaq qərarına gəlib.

“Keçən həftəki son pozuntudan sonra Obameyanq daha klubumuzun kapitanı olmayacaq və İngiltərə Premyer Liqasında "Vest Hem"lə növbəti matçda komandadan uzaqlaşdırılacaq.

Bütün oyunçularımızdan, xüsusən də kapitanımızdan müəyyən etdiyimiz və razılaşdırdığımız qaydalara və standartlara uyğun çıxış etmələrini gözləyirik. "Arsenal" bütün diqqətini sabahkı oyuna cəmləyib" - deyə klubun bəyanatında bildirilir.

Obameyanq bu mövsüm İngiltərə Premyer Liqasında 14 oyun keçirib, 4 qol vurub və 1 qolun ötürməsini verib.

Qeyd edək ki, klub rəhbərliyindən icazə alaraq ölkə xaricinə yollanan Obameyanq təyin olunan vaxtda İngiltərə qayıtmadığı bildirilir.