
O da "Zirə"yə qarşı oynamayacaq
- 28 Apr 2023 14:21
- 358
Misli Premyer Liqasının 32-ci turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Turan Tovuz" daha bir itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, müdafiəçi Eltun Turabov da bu qarşılaşmada forma geyinə bilməyəcək.
Səbəb onun da sarı vərəqə limitini doldurmasıdır.
Qeyd edək ki, "Zirə" - "Turan Tovuz" matçı mayın 1-də, saat 20:00-da Zirə Olimpiya İdman Kompleksinin stadionunda olacaq.